
Tehsil-press.az “Russia Today” agentliyinə istinadən xəbər verir ki, sözügedən manifestdə ölkədə tüğyan edən miqrant böhranına qarşı tədbirlər müəyyən edilib. Ələlxüsus, Almaniyada yeni məscidlərin açılmasına və qadınların hicab gəzdirməsinə qadağanın qoyulması təklif edilir. Sənədi qurultayın 2400 iştirakçısı imzalayıb.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini dəstəkləyənlər bu qurultayın keçirilməsinə mane olmaq istəyiblər. Bu bir sıra toqquşmaların yaşanmasına səbəb olub. Xatırladaq ki. ötən il ərzində Almaniyaya 1 milyona yaxın miqrant gəlib.
Tehsil-press.az