Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Tehsil-press.az
- Baxış: 366
Xəbərin tarixi: 25.11.2024 / 15:31
-
Oxşar xəbərlər
Bakıya dayanmadan yağış yağacaq - XƏBƏRDARLIQ
Hava kəskin soyuyacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!
QAR GƏLİR: Temperatur 7-10 dərəcə enəcək
Azərbaycanda hava şəraiti KƏSKİN DƏYİŞİR - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ!
Bakıda bu tarixdə leysan yağacaq - XƏBƏRDARLIQ!
Hava yenidən dəyişəcək - Yağış yağacaq, şimşək çaxacaq
Leysan, dolu, sel - Hava xəbərdarlığı
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq
Leysan yağacaq, dolu düşəcək, sel gələcək
Leysan yağacaq, dolu düşəcək, sel gələcək - Xəbərdarlıq
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi
Ölkə ərazisində faktiki hava açıqlandı, bəs hava necə olacaq?
Rayonlara leysan yağacaq
Temperatur 5-8 dərəcə enəcək, şimşək çaxacaq, leysan yağacaq