
Bu barədə "Report"a "ReAl"ın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, İ.Məmmədovun sənədləri 90 saylı Ağdaş Seçki Dairəsinə təqdim olunub və dairədən imza vərəqələri götürülüb. Qeyd edək ki, İlqar Məmmədov hazırda həbsdədir. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Tehsil-press.az