Gürcüstan prezidenti polislərə müraciət etdi

Gürcüstan prezidenti polislərə müraciət etdi Gürcüstan prezidenti Salome Zurabişvili hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Dövlət başçısı onları Tbilisidəki dinc etirazçılara əl qaldırmamağa çağırıb.

Onun sözlərinə görə, həyata keçiriləcək bütün zorakılıq əməllərinə görə məsuliyyət Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin üzərində olacaq.

Hazırda parlament binası qarşısında keçirilən aksiyada polis və iştirakçılar arasında kəskin qarşıdurmalar baş verir. Polis aksiyaçıları sıxışdırmağa başlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər