Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən təşkilat bu ilin mart ayında özünün ilk beynəlxalq layihəsini həyata keçirib. Azərbaycanın tanıdılması, xarici ölkələrdəki universitetlərdə təhsil alan əcnəbi tələbələrin ölkəmizə gətirilməsi, turizim potensialımızın, mədəniyyətimizin, dünyadakı siyasi-iqtisadi yerimizi təbliğ edən layihə Avropa birinciliyə layiq görülüb.
“Europe3D Azerbaijan” adlı layihə ESTIEM-ə üzv olan Avropa Universitetlərinin keçirdiyi layihələr sırasında “Qışın Ən Uğurlu Layihəsi” nominasiyasında qalib olub.
Ölkəmizin tanıdılmasına xidmət edən layihənin reallaşmasında “Azərsun Holding”, “BISMAK” , “Səhliyalı” MMC və “ 1000 Bərəkət Halal Nemət” brendləri də təşkilata yaxından köməklik ediblər.
AZTU-nun Mətbuat xidməti