Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı edib

Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı edib Təhsil Nazirliyinin əməkdaşları Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış 82 məcburi köçkün ailəsinə ərzaq yardımı edib.
Yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.
Yardım aksiyası aprelin 24-də də davam etdiriləcək. Bakı şəhəri Nəsimi rayonundakı aztəminatlı, həmçinin tək yaşayan yaşlı insanlar olmaqla 62 ailəyə ərzaq yardımı ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər