Xəzər rayonunun Mərdəkan qəsəbəsində qrunt və yağış sularının həyətlərə dolması sakinlərin rahatlığını pozub.
Bununla bağlı müraciət edən sakin bildirib ki, söhbət qəsəbənin Yeni sahə, Kərim Kərimov küçəsindən gedir.
"Biz Mərdəkanda oluruq. Yağış yağandan bəri bu vəziyyətdəyik. Kanalizasiya olmadığı üçün qrunt suları və yağış suyu həyətimizə dolub. Xəstəlik baş alıb gedir, amma baxan yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən açıqlamada bildirilib ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
"Belə olan təqdirdə müvafiq sukanal idarəsinin ərazidə xidmət göstərməsi qeyri-mümkün olur. Buna baxmayaraq, qurum bu kimi ərazilərdə maksimum səviyyədə xidmət göstərir. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq layihə sənədləri hazırlanıb.
Layihələrin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə açıqlamada vurğulanıb.
Tehsil-press.az