
Tehsil-press.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov və fəal gənclər çıxış edərək Ulu Öndərin xilaskarlıq, quruculuq missiyasından, bütün sahələrin inkişafına, gənc nəslə qayğısından, misilsiz xidmətlərindən, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına müsbət təsirindən söz açıblar. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmiz siyasi sabitlik, iqtisadi yüksəliş yolu ilə hərtərəfli, dinamik inkişaf edir.
Çıxışlarda, həmçinin bildirilib ki, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhədə yaranan gərginlik nəticəsində Ordumuzun qazandığı zəfərlər güclü təməl üzərində yaradılan Azərbaycan Ordusunun böyük qələbələr qazanmağa qadir olduğunu göstərdi. Tədbirdə “Heydər Əliyev” adlı sənədli filmi nümayiş etdirilib. Sonda gənclər ümummilli lider Heydər Əliyevə həsr olunan kitablar, sənədli materiallar, fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Tesil-press.az