Dəhşətli qəza: 50 ölü, 57 yaralı

Dəhşətli qəza: 50 ölü, 57 yaralı Hadisə baş verən ərazi nəzarətə götürülüb.

Əfqanıstanın Qazni vilayətində Kabul - Kandaqar yolunda iki avtobus və benzindaşıyan maşın toqquşub. ANS PRESS-in xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 50 nəfər ölüb, 57 nəfər isə yaralanıb.
Qəzadan dərhal sonra toqquşan hər 3 avtomobil alışaraq yanıb. Vilayət qubernatoru ölənlərin sayının artacağını istisna etməyib və bildirib ki, onların əksəriyyətinin vəziyyəti ağırdır. Polisin ilkin ehtimalına görə, qəzanın baş verməsinə səbəb təhlükəli idarəetmə olub. Hadisə baş verən ərazi nəzarətə götürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər