İki azyaşlı olmaqla 4 nəfər yaralanıb - Bakıda qəza

İki azyaşlı olmaqla 4 nəfər yaralanıb - Bakıda qəza Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Tehsil-press.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, “Binə” ticarət mərkəzinə gedən yolda qeydə alınıb. Qəza zamanı “Mitsubishi Pajero” və “Mercedes” markalı avtomobillər toqquşub.
Qəzaya “Mitsubishi Pajero”nun sürücünün qəfildən əyləcdən istifadə etməsi səbəb olub. Arxadan sürətlə gələn və düzgün ara məsafəsi saxlamayan “Mercedes” markalı avtomobil “Mitsubishi”yə arxadan çırpılıb.
Qəza nəticəsində “Mercedes”də olan sərnişinlərdən bir qadın və iki azyaşlı, eləcə də, “Mitsubishi”dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb. Yol qəzasının kimin səhvi üzündən baş verdiyi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

İki azyaşlı olmaqla 4 nəfər yaralanıb - Bakıda qəza

İki azyaşlı olmaqla 4 nəfər yaralanıb - Bakıda qəza

tehsil-press.az


Oxşar xəbərlər