ABŞ vitse-prezidenti Ceyms Devid Vens Con Retklifin Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) rəhbər təyin olunması münasibətilə andiçmə mərasimini keçirib.
Bu barədə mərasimə qatılan Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Tədbirdə çıxış edən vitse-prezident Con Retkliffi vətənpərvər şəxs kimi xarakterizə edib və onun Prezident Donald Trampın yüksək etimadını qazandığını vurğulayıb. Zarafatla çıxışını davam etdirən Vens bildirib ki, Retkliff heç bir cavab çıxışı etməməlidir, çünki “onun beynindəki bütün məlumatlar məxfidir”.
Qeyd edək ki, Con Retkliffin MKİ direktoru vəzifəsinə namizədliyi ABŞ Senatında müzakirə edilib və səsvermə nəticəsində təsdiqlənib. Onun namizədliyini 74 senator dəstəkləyib, 25-i isə əleyhinə səs verib.
Tehsil-press.az