
Qanuna görə, araşdırmaçı komitə senatora hələ rəsmi kampaniyaya start verilmədən də pul toplamağa imkan verir.
Ekspertlər Elizabet Uorrenin partiyasının vahid namzidi olmaq şansını yüksək qiymətləndirirlər. Hələlik demokratlar arasında favorit keçmiş vitse-prezident Co Bayden hesab olunur.
Elizabet Uorrenin namizədliyi məsələsinə prezident Donald Tramp da reaksiya göstərib.
Bununla bağlı suala cavab verən Tramp ənənəvi kobudluğu ilə potensial rəqibini psix adlandırıb.
“Mən onun qələbə şansları haqqında nəsə deyə bilmərəm. Gedin bunu onun psixiatrından soruşun”,-deyə Donald Tramp bildirib.
Tehsil-press.az