
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında məlumat dərc olunub.
Satışa çıxarılan mobil nömrələrin ilkin qiyməti 800 manatdan başlayaraq 75 min manatadəkdir.
Hərracda iştirak etmək üçün 10%-i həcmində hesablanmış behin məbləği isə 80 manatdan 7 500 manatadək dəyişir.
Hərracın fevralın 24-də keçirilməsi nəzərdə tutulub.
24 fevral 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
Tehsil-press.az