
Bəzi vətəndaşlar deyirlər ki, metro girişlərində quraşdırılan "X-RAY" aparatları təhlükəsizlik baxımından vacib olsa da, pik saatlarda cəmi birinin işlədilməsi sıxlıq yaradır.
Onların sözlərinə görə, xüsusilə pik saatlarda, sərnişinlərin çox olduğu vaxtlarda bu yoxlama cihazlarının hər ikisindən istifadə edilməlidir, eyni zamanda, sürətli keçidlər üçün ayrıca xətlər yaradılmalıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Bakı Metropoliteninin bütün stansiyalarında, girişlərdə qanuna uyğun olaraq təhlükəsizlik məqsədilə zəruri tədbirlər icra olunur.
Qurumdan o da bildirildi ki, metropolitendə təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər icra olunduğundan artıq bütün çantalar "X-RAY" tipli yoxlama cihazları vasitəsilə aparılır.
Tehsil-press.az