Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Nazirin əmri ilə Azər Eldar oğlu Rəhimov Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Fotoda Orxan Hüseynzadə:

Fotoda Azər Rəhimov

Tehsil-press.az