Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman mayın 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
Tehsil-press.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gedən qonaq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və “Əbədi məşəl” abidəsini ziyarət edib.


Tehsil-press.az

Oxşar xəbərlər