Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Salyanda silsilə tədbirlər təşkil edilib

Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Salyanda silsilə tədbirlər təşkil edilib Ulu öndər Heydər Əliyevin 93-cü ildönümü Salyan rayonunun qəsəbə və kəndlərində, idarə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd olunub. Tehsil-press.az xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və yüzlərlə sadə salyanlı Ulu Öndərin şəhər parkındakı abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Sonra mərasim iştirakçıları Salyan Olimpiya İdman Kompleksində müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə rayon birinciliyinin final mərhələsini izləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər