74 yaşlı qadın sahibkarın ölkədən çıxışına “stop” qoyuldu

74 yaşlı qadın sahibkarın ölkədən çıxışına “stop” qoyuldu Bakıda 74 yaşlı qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. “EFMİNŞAAT” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194651,96 manat vergi borcu yaranıb.

Aparılan araşdırma zamanı sözügedən şirkətin sahibi Həsənova Meyrənsə Əvəz qızının adına “Tur Topdansatış Komplektləşdirmə” MMC-nin ə olduğu aşkarlanıb.

Məhkəmənin qərarı ilə 1951-ci il Salyan rayonunda doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küç,78 ünvanında qeydiyyatda olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub./Qaynarinfo/

Tehsil-press.az


Oxşar xəbərlər