
İlk dərs Universitetin müəllimi fizika üzrə fəlsəfə elmlər doktoru Dünyaməddin Əsgərovun rəhbərliyi ilə 10c (texniki təmayül) sinfində "Səs dalğaları, səsin surəti " mövzusunda keçirilib.
İkinci dərs isə məktəbin 10 t ( texniki təmayül ) sinfində fizika üzrə fəlsəfə elmlər doktoru İbrahim Abbasov tərəfindən eyni mövzuda keçirilib.
İnteraktiv formada keçirilən nümunəvi dərslər şagirdlərin fəallığı ilə müşayət olunub.
Nümunəvi dərslərdən sonra sözügedən layihənin reallaşdırılmasında verilən əhəmiyyətli dəstəyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyinə və müəllimlərinə təşəkkürünü bildirən məktəbin direktoru Aygün Hüseynova bildirib ki, nümunəvi dərslər sözügedən Universitetlə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir. Əməkdaşlığın genişləndirilməsində məqsəd bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyətə təsir edir.
Akademyanın müəllimləri də əməkdaşlıqdan məmnunluq ifadə edərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı şəhəri, Lökbatan qəsəbəsi Neftçi Qurban Abbasov adına 288 nömrəli tam orta məktəb arasında elmi-pedaqoji əməkdaşlığın təqdirəlayiq olduğunu nəzərə çatdırıblar.
Qeyd edək ki, bu cür layihələr Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə mütəmadi həyata keçirilir.
Tehsil-press.az