Tədbirdə universitetin istedadlı tələbələri milli rəqslər ifa edib, Novruza, bahara həsr olunmuş musiqi nömrələri səsləndiriblər. BDU-nun Mədəniyyət və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçirilən tədbir boyunca Novruzun rəmzləri olan Kosa və Keçəlin şən zarafatları mərasimə xüsusi ab-hava qatıb.
Tədbirin sonunda tanınmış müğənni Rüfət Axundov və “Star band” qrupunun sevilən ifaları tələbələr tərəfindən xüsusi coşğu ilə qarşılanıb.
Tehsil-press.az