Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilib Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində “Novruz gəldi, yaz gəldi” adlı musiqili kompozisiya keçirilib. Məktəbin şagirdləri Bahara,“Novruza” aid şeirlər söyləyib, mahnılar oxuyublar. Tədbirdə “Ümid” rəqs qrupunun çıxışları tamaşaçıları heyran edib. Baharın personajları olan Keçəl, Kosa və Bahar qızının gəlişi böyük sevinclə qarşılanıb.
C.Cabbarlı adına adına Mədəniyyət evinin özfəaliyyət kollektivi 4 saylı körpələr evi uşaq bağçasında “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi təşkil edib. Tədbirdə “Turan” milli rəqs qrupunun ifasında rəngarəng rəqs nömrələri, eləcə də, “Novruz”un simvolları olan Bahar qızı, Kosa və Keçəlin çıxışları muəllim kollektivi və uşaqlar tərəfindən maraqla qarşılanıb.
Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Cırtdan” tamaşası ilə uşaqların görüşünə gəlib.Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə təşkil olunan tamaşada uşaqlar nağıl qəhrəmanı olan cırtdanın başına gələn macəranın şahidi olublar. Tamaşa uşaqlarda xoş ovqat yaradıb, onların maraqlı və əyləncəli vaxt keçirmələrinə şərait yaratmışdır.
Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubda keçirilən tədbirdə tədbirdə kitabxananın fəal oxucuları iştirak ediblər. Bahar qızı Kosa və Keçəlin tədbirə gəlməsi bayramı daha da şənləndirib. Kitabxananın oxucuları Azərbaycan şairlərinin novruza,yaza həsr olunmuş şeirlərdən nümunələr səsləndiriblər. Şən mahnılar, rəqslər, Novruz bayramınına həsr olunmuş oyunlar, həmçinin, “Rəsm”dərnəyinin və “Veteran” klubunun üzvlərinin əl işlərindən ibarət sərgi böyük maraqla qarşılanıb.
Mərkəzi Uşaq Kitabxansında Nako Edu Klub tədris mərkəzi ilə birgə “Qaranquşun müjdəsidir Novruzum” adlı tədbir keçirilib. Tədbirdə Novruz bayramının tarixi haqqında geniş məlumat verilib, uşaqların Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb. Sonra uşaqlar Novruza, bahara aid şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər kiçik səhnəciklər göstərdilər. Onların ifasında milli oyunlar, rəqslər, haxıştalar tədbirrə xüsusi bayram əhval-ruhiyyəsi qatıb.
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində “Novruz” bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə şagirdlər "Novruz” atributları haqqında məlumatlar verib, bayatılar, haqıştalar söyləyiblər. Bayram tədbirində nağaraçalanlar və aşıqlar ansamblının çıxışı, xalq çalğı alətləri ansamblının ifasında musiqi nömrələri və xanəndələrin ifasında səslənən muğamlar dinləyicilər tərəfindən maraqla qarşılanıb. Sonda məktəbin direktoru İkram Manafov müəllim və şagird kollektivini təbrik edərək xoş arzularını çatdırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “Novruz” şənlikləri keçirilib

Oxşar xəbərlər