H.Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib

H.Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.
Aparıcı Eldəniz İsrailov konsert iştirakçılarını salamlayaraq, hərkəsi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
Daha sonra tanınmış müğənni Aynur Dadaşova konsert proqramı ilə çıxış edib. Onun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Həmçinin müğənni Könül Məmmədlinin və “İncəsənət” rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.
Sonda iştiakçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər