ADPU-da Novruz bayramı şənliyi keçirilib

ADPU-da Novruz bayramı şənliyi keçirilib Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Bayram şənliyində əvvəlcə tələbələrin Novruz bayramına həsr etdikləri rəsm sərgisinə və bayram xonçalarına baxış keçirilib.
Bayram şənliyində Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin tələbələrinin və Bakı şəhəri, Nərimanov rayonu 47 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Arşın mal alan” tamaşası təqdim edilib. Tamaşa iştiakçılar tərəfindən maraqla qarşılanıb. Milli geyimdə olan tələbələrin və şagirdlərin musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Xalq artisti Zabit Nəbizadənin ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb. Qeyd edək ki, bayram tədbirinin ərsəyə gəlməsində Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin müəllim və tələbələri yaxından iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib, müəllim və tələbələri bayram münasibətilə təbrik edərək onlara cansağlığı və uğurlar arzulayıb.
Bədii-musiqili hissədən sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyi universitetin kollektivinin böyük sevincinə səbəb olub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da Novruz bayramı şənliyi keçirilib


ADPU-da Novruz bayramı şənliyi keçirilib

Oxşar xəbərlər