Tədbir şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirin açılışında MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə universitetin bütün üzvlərini təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra, işğaldan azad edilmiş torpaqlarımızda Novruz tonqallarının alovlanması bizə böyük sevinc və qürur verir. Tədbirdə şəhid məzunlarının ailə üzvlərinə dəvət edərək minnətdarlığını bildirən rektor, onların mübarizələri və şəhidlik zirvəsinə ucalan övladlarının xatirəsinə dərin ehtiramını ifadə edib.
MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşı, filologiya üzrə elmlər doktoru, dosent Namaz Manafov isə Novruz bayramının tarixi, adətləri və ənənələri barədə ətraflı məlumat verib. Tədbirdə MDU-nun gənc əməkdaşları və tələbələri tərəfindən Novruz bayramına həsr olunmuş musiqilər, rəqslər və səhnəciklər nümayiş etdirilib. Bu çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib, beləliklə, bu unudulmaz anlar yaddaşlarda əbədi qaldı.




Tehsil-press.az