
Tehsil-press.az "Gununsesi"yə istinadla xəbər verir ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadimi və ya ictimai-siyasi şəxsin həyatına sui-qəsd hazırlığı) maddəsi ilə ittiham verilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.
Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Tehsil-press.az