
ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara can sağlığı və işlərində uğurlar arzu edib:
“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Novruz bayramınız mübarək! Sizi bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə sağlıq, xoşbəxtlik arzu edirəm.
Qoy ocağımız daima isti olsun, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Mənim təbriklərimi ailənizə, doğmalarınıza da çatdırmağınızı xahiş edirəm”.
Tədbirdə müxtəlif kafedraların, dekanlıqların hazırladıqları bayram süfrəsi, həmçinin bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub.
Tələbələrin hazırladıqları konsert proqramı təqdim olunub.
Sonda Novruz tonqalı qalanıb.
Tehsil-press.az