Ukrayna iki ölkə ilə sərhəddə nəzarəti gücləndirdi

Ukrayna iki ölkə ilə sərhəddə nəzarəti gücləndirdi Ukrayna Macarıstan və Rumıniya ilə sərhəddə nəzarəti gücləndirib.

Bu barədə Ukrayna Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhədin mühafizəsi üçün əlavə qüvvələr cəlb edilib və ən həssas sahələrdə nəzarət gücləndirilib.

Sərhədə patrul nəzarəti üçün pilotsuz uçuş aparatları və idarə olunan aviasiya vasitələrinin istifadəyə veriləcəyi qeyd edilib.

Bu tədbirlərin hüquq pozuntularının sayını azaltmaq və təhlükəsizlik təhdidlərinə operativ reaksiya vermək üçün tətbiq olunduğu vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər