
Bu günləri sizə təqdim edirik:
Ev yığışdırmaq olmaz:
Bazar ertəsi – ən uğursuz günlərdən sayılır. Əcdadlar inanırdı ki, bu gün süpürmək və döşəmə yumaq xoşbəxtliyi evdən uzaqlaşdırır. Bu günü daha yaxşısı – həftə planları qurmaq üçün ayırmaqdır.
Cümə axşamı – burada fikirlər bölünür: bəziləri bu günü təmizlik üçün uyğun saysa da, digər inanclara görə qətiyyən ev işi görmək olmaz, çünki bu, maddi çətinliklərə səbəb ola bilər.
Cümə günü – borc və pul problemlərindən qaçmaq istəyirsinizsə, bu gün təhlükəli sayılır, ev yığışdırmaq məsləhət görülmür.
Bazar günü – bu gün qədimdən ibadət və istirahət üçün ayrılırdı. Buna görə bazar günü təmizlik yox, dincəlmək və yeni həftəyə güc toplamaq tövsiyə olunur.
Ev yığışdırmaq məsləhət görülür:
Çərşənbə axşamı – evdə təmizlik üçün ən uğurlu günlərdən biri sayılır. Deyilir ki, bu gün ev yığışdırmaq uğursuzluq dövrünü qırır və xoşbəxtliyi cəlb edir.
Çərşənbə – həm də çox uyğun bir gündür. Pəncərə və döşəmə yumaq, evin enerjisini təmizləmək üçün bu gün seçilir. Bu, uğur və sağlamlıq gətirir.
Şənbə – təmizliyin ən güclü günlərindən sayılır. Ev yığışdırmaqla problemlərdən və mənfi enerjidən xilas olmaq, həm də sağlamlığı gücləndirmək mümkündür.
Qeyd:
Astrologiya, tarot, numerologiya, falçılıq, ekstrasensiya və bu kimi sahələr elmi hesab edilmir. Bu proqnozlar əyləncəli xarakter daşıyır və 100% gerçəkliyi əks etdirməyə bilər.(lent.az)
Tehsil-press.az