
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Time” jurnalına müsahibəsində deyib
Onun sözlərinə görə, Ukrayna ordusuna vəsaitin ayrılması üçün xüsusi proqramlar olmalıdır:
“Avropa onları maliyyələşdirməlidir. İdealı olaraq isə Avropa və Amerika maliyyələşdirməlidir. Amma indiki şəraitdə mən daha çox Avropaya güvənirəm".
O qeyd edib ki, Ukraynanın ordunu maliyyələşdirmək üçün pulu yoxdur.
"Məncə, bu, əsl problemdir, çünki ordu həmişə indikindən daha kiçik olub. Ordu əvvəlkindən üç dəfə çox olanda isə onu maliyyələşdirmək lazım gələcək. Ukrayna bunun öhdəsindən gələ bilməz", - deyə Zelenski vurğulayıb.
Tehsil-press.az