Sadır Japarovdan TARİXİ QƏRAR - Türk dünyasında daha bir problem çözüldü

Sadır Japarovdan TARİXİ QƏRAR - Türk dünyasında daha bir problem çözüldü Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla dövlət sərhədi xətti haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb .

“Qanun Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyasını müəyyən etmək və Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında Qırğızıstan-Tacikistan dövlət sərhədi haqqında Müqavilənin tanınması və ratifikasiyası üçün dövlətdaxili prosedurların həyata keçirilməsi məqsədilə hazırlanıb və qəbul edilib”, - deyə məlumatda bildirilir.

Müvafiq sazişi martın 13-də Bişkekdə Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon imzalayıblar. Digər məsələlərlə yanaşı, ölkələr iki ölkə arasında 2021-ci ildə kəsilən hava nəqliyyatını bərpa etmək barədə razılığa gəliblər.

Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu 984 km-dir. Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Martın 19-da Qırğızıstan parlamenti Tacikistanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib. Sənədi 85 deputat dəstəkləyib, bir deputat əleyhinə səs verib.

Tehsil-press.az


Oxşar xəbərlər