
Bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səslənib.
“Əslində, biz yumşalma dövründə ona yardım etməyə çalışdıq, lakin buna nail ola bilmədik. CHP seçiciləri Kamal Kılıçdaroğlunu belə şamla axtaran vəziyyətə gəlib.
İndi də çıxıb ölkənin yerli və milli markalarına boykot çağırışı edirlər. Özgür Özəl bir siyasi müflis (iflas edən adam) kimi qarşımıza çıxmaqdadır. Onun dediklərinin ağılla əlaqəsi yoxdur. Ölkəni xarici mediaya şikayət etmək, iqtisadiyyata zərər vurma CHP ənənəsinə nə qədər uyğundur?
Bu rüşvət çarxının içində kimlərin olduğu bir gün ortaya çıxacaq. İstintaq dərinləşdikcə biz daha çox şeyləri anlayacağıq. Pulu verənlərin CHP rəhbərliyini necə barmaqlarında oynatdığını görəcəyik. Ümid edək ki, bundan sonra CHP-lilər ayılacaq və hadisələrə daha ayıq qiymət verəcəklər.
CHP Atatürk maskası ilə oğurluq, siyasət maskası ilə millətə düşmənçilik edərsə, bu millətin partiyası ola bilməz”, - deyə Ərdoğan qeyd edib.
Tehsil-press.az