İnquşetiyanın Nazranovsk rayonunda naməlum şəxslər avtomobili atəşə tutub. Hadisə nəticəsində avtomobildə olan ailə başçısı – Adam Auştov dünyasını dəyişib. Kişinin anası və həyat yoldaşı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı araşdırma aparılır. Polislər hücum edənləri axtarır.