Rostovda naməlum şəxs polislərə pulemyotdan atəş açıb
Rusiyanın Rostov vilayətinin Novoşaxtinski qəsəbəsində naməlum şəxs pulemyotdan polislərə atəş açıb. Hadisə dekabrın 6-da günorta saatlarında baş verib. Hərbi geyimli naməlum şəxs pulemyotdan atəş açaraq bir polisi yaralayıb. Polislərə atəş açan şəxsin fərari olduğu ehtimal edilir. Hazırda onun axtarışı aparılır. Tehsil-press.az