Bu ölkədə dəhşətli zəlzələ: Ölənlərin sayı artır

Bu ölkədə dəhşətli zəlzələ: Ölənlərin sayı artır 11:56

Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Çin Seysmologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerin 30 kilometrliyində baş verib. İlk təkanlardan cəmi 12 dəqiqə sonra yenidən 6,4 bal gücündə zəlzələ olub.

Zəlzələdən ən çox ziyan çəkən qonşu Tailand olub. Banqkok şəhərində hündürmərtəbəli bina çöküb. Dağıntılar altında xeyli insanın qaldığı bildirilir.

Tailand hava limanı zəlzələ səbəbindən bağlanıb.

Yeraltı təkanlar Çin, Banqladeş, Laos və Hindistanda da hiss edilib.

***

Tailand mətbuatının məlumatına görə, Banqkokda binanın çökməsi nəticəsində 1 fəhlə ölüb, 43 fəhlə isə itkin düşüb.

Banqkonq rəhbərliyi zəlzələ səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

***

Myanmada zəlzələ zamanı Taunqu şəhərindəki monastır binası uçub.

Ölkə mətbuatının məlumatına görə, hadisə nəticəsində beş uşaq və bir xadim ölüb.

Mandalay şəhərində də məscidin uçması nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.

***

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.

Bu barədə “Nyu York Tayms” (NYT) ölkənin ikinci böyük şəhəri Mandalaydakı xəstəxanaya istinadən məlumat yayıb.

Banqkokda isə ən azı 67 fəhlənin uçan binanın dağıntıları altında qaldığı bildirilir.

***

Myanmanın Neypyido şəhərindəki əsas xəstəxanası doludur, zəlzələdən zərər çəkən insanlar palatalarda yer olmadığı üçün yerdə uzanmağa məcbur olurlar.

Bu barədə AFP məlumat yayıb.

“Yüzlərlə yaralı gəlir, amma xəstxananın təcili yardım şöbəsi də dağılıb”, - məlumatda qeyd olunub.

***

Myanmada dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb, 730-dan çox insan yaralanıb.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Tehsil-press.az

Oxşar xəbərlər