Türkiyədə güclü zəlzələ, ölənlərin sayı artdı - Video

Türkiyədə güclü zəlzələ, ölənlərin sayı artdı - Video Türkiyədə güclü zəlzələ baş verib.
Zəlzələ Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib.
Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib.
***
İlkin məlumata görə, zəlzələnin episentri olan Kahramanmaraşda təbii fəlakət 7,4 bal gücündə hiss edilib.
***
Ən son məlumata görə, zəlzələ nəticəsində Malatyada 23 ölü, 420 yaralı, Şanlıurfada 18 ölü, 67 yaralı, Diyarbakırda 6 ölü, 79 yaralı, Osmaniyedə isə 5 ölü var.
***
Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb.
Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir.
***
Həlak olanların sayı 284-ə, yaralıların sayı isə 2323-ə çatıb.
Bununla yanaşı, 1710 bina uçub. Ölü sayının artacağı gözlənilir.
***
AFAD-ın məlumatına görə, zəlzələ 30 saniyədən daha artıq davam edib.
Dağıntılar Kahramanmaraş, Malatya, Gaziantep, Hatay, Adana, Kilis, Adıyaman, Diyarbakır, Şanlıurfa və Osmaniyedə qeydə alınıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə Edilməsi Agentliyində (AFAD) keçirdiyi brifinqdə bildirib ki, zəlzələ 7,7 bal gücündə olub. Yeraltı təkanlar nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.
Bununla yanaşı 2470 nəfər dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.
Ölkə başçısı ölü və yaralı sayının artacağını istisna etməyib.
***
Zəlzələdə ölənlərin sayı 1014-ə, yaralıların sayı isə 7003-ə çatıb.
***
Həlak olanların sayı 1121 nəfərə yüksəlib. 7634 nəfər isə yaralanıb.



Tehsil-press.az


Oxşar xəbərlər