
Bunu amerikalı hərbi müşahidəçi və jurnalist Maykl Pek "Biznes İnsayder"də dərc olunan məqaləsində Avropanın Ukraynaya sülhməramlı göndərmək niyyəti ətrafında müzakirələrə münasibət bildirərkən qeyd edib.
Pek xatırladıb ki, Rusiya sülhməramlıları Bosniyada NATO qoşunları ilə yanaşı xidmət edib, həmçinin Qarabağda Ermənistan və Azərbaycan arasında uğursuz bufer rolunu oynayıb:
"Bundan əlavə, Afrika Birliyi də regional münaqişələrə sülhməramlı göndərib. Kasıb ölkələr üçün BMT-nin himayəsi altında öz əsgərlərini könüllü olaraq sülhməramlı kimi göndərmək gəlir mənbələrindən birinə çevrilib".
O vurğulayıb ki, Ukraynadakı Avropa sülhməramlıları sülhü və ölkəni qorumalıdır:
"Lakin onların təsirli olub-olmayacağını bilmək hələ də çətindir. BMT sülhməramlı qüvvələrin əsas prinsiplərini sadalayır: qərəzsizlik, müharibə edən tərəflərin razılığı və özünümüdafiə istisna olmaqla gücdən istifadə etməmək. Bu prinsiplərə heç də həmişə əməl olunmur".
Tehsil-press.az