İrəvanda Qarabağ erməniləri ilə bağlı mitinq keçirilir

İrəvanda Qarabağ erməniləri ilə bağlı mitinq keçirilir İrəvanda Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin “hüquqlarının müdafiəsi” ilə bağlı mitinq keçirilir.

Bu barədə erməni mediasına istinadən bildirir.

Qarabağdakı keçmiş qondarma “parlamentin eks-spikeri” Aşot Qulyanın jurnalistlərə verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb Qarabağ sakinlərini narahat edən çoxlu sosial və digər məsələlərin yığılıb qalmasıdır. Bu, aprelin 1-dən “məcburi köçkünlərə” verilən pul yardımının kəsilməsi fonunda xüsusilə aktualdır.

Azadlıq meydanına təkcə “köçkünlərin” özləri deyil, onları dəstəkləyən İrəvan və Ermənistan rayonlarının sakinləri də toplaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər