Bu da Xankəndidəki mitinq: rüsvay oldular

Bu da Xankəndidəki mitinq: rüsvay oldular Günlərdir erməni separatçıların təbliğatını apardığı mitinq bu gün Xankəndidə baş tutub.
Mitinq 12:00-a təyin edilsə də, gözləniləndən çox gec başlayıb. Səbəb isə aksiyaya çox az sayda adamın qatılması olub.
Kadrlardan da görünür ki, aksiyaya Qarabağda olan cəmi 20-30 minlik erməni icmasının heç 1%-i də gəlməyib. Yalnız bir rakursdan edilən “canlı yayım”da da aksiyanın bir neçə on nəfərlə keçirildiyi aydın olur.
Mitinqə marağın olmaması təşkilatçıları aksiyanı tez-tələsik yekunlaşdırmağa sövq edib. Beləliklə, vaxtından gec “başlayan” mitinq bir çıxışdan sonra bitib.
Təsadüfi deyil ki, erməni mediası da bu aksiyanı işıqlandırmağa həvəs göstərməyib. Çünki bu mitinq əslində Xankəndidə separatizmin dayaqlarının məhv olduğunun, Qarabağda isə təqdim edildiyi kimi, heç də 120 min deyil, cəmi 30 minə yaxın erməni icmasının qaldığını təsdiqləyən faktdır.
Qeyd edək ki, bundan öncə separatçıların Xankəndidə keçirdiyi aksiyada 20 min civarında şəxsin iştirak etdiyini görüntüləyən video və fotolar yayılmışdı. Hələ o zaman iştirakçıların Ermənistandan gətirildiyi, mitinqə qatılan hər kəsə 50 dollar verildiyi, Xankəndi ətrafından gələnlərin isə maşınlarının isə yanacaqla da təmin edildiyi bildirilmişdi.
Hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərdiyi üçün Ermənistandan aksiyaya qatılmaq mümkün deyil. Ona görə də separatçıların aksiyası və separatizmin əsl mahiyyəti bu cür üzə çıxır.

Tehsil-press.az



Oxşar xəbərlər