Şuradan "Atası olmayan qız almaram" deyən aparcıya REAKSİYA

Şuradan Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.

Məsələyə Audiovizual Şura da münasibət bildirib.

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilir.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər