
Bunu Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov a müsahibəsində deyib.
O qeyd edib ki, burada söhbət akkreditasiya olunmuş universitetlərdən gedir:
"Məsələ ondadır ki, bu təlim kursları Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən akkreditasiyadan keçməyib. Bu səbəbdən təklif edirəm ki, repetitorlar rəsmi olaraq ETN tərəfindən sertifikasiyadan keçsinlər. Necə ki, bütün həkimlər fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyindən akkreditasiya almalıdır, eləcə də bütün repetitorlar mütləq sertifikatlaşdırılmalıdır. Biz bilməliyik ki, bu şəxslər kimdir və hansı səviyyədə təhsil xidməti göstərirlər. Ona görə də repetitor ETN tərəfindən sertifikat aldığını təsdiq etməli və təlimçi kimi fəaliyyət göstərə bilməlidir.
Bundan əlavə, bu sahədə əldə edilən gəlirlər də rəsmi şəkildə vergiyə cəlb olunmalıdır. Son vaxtlar ictimaiyyətdə elə hallar müşahidə edirik ki, bir nəfər 200 nəfərlik auditoriya qarşısında təlimçilik fəaliyyəti ilə məşğuldur. Mən hesab edirəm ki, hər şey qanun çərçivəsində tənzimlənməlidir. Kölgə iqtisadiyyatına son qoyulmalıdır".
Tehsil-press.az