Qaydalara əsasən sertifikasiya imtahanındam 50%-dən aşağı göstəricisi olan (30-dan aşağı bal toplayan) müəllimlərin əmək müqaviləsinə xitam verilir. Lakin həmin şəxslər müəllim kimi fəaliyyət göstərə bilməsə də, repetitorla məşğul olmaları üçün hər hansısa qadağa yoxdur.
Repetitorluğa bu qədər tələbat olduğu halda minumum bal toplaya bilməyən müəllimlərin repetitor işləmələri üçün hansısa tənzimləməyə ehtiyac varmı?
Mövzu ilə bağlı danışan Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, sertifikasiyadan sonra müəllimlərin repetitor kimi fəaliyyət göstərmələri gözlənilən idi:
“Sertifikasiyadan məqbul bal toplaya bilməyib, əmək müqavilələrinə xitam verilən müəllimlərin repetitorluğa üz tutacaqları bəlli idi. Çünki o müəllimlər üçün maddi olaraq vəziyyətdən çıxış yolu təkcə repetitorluqdur.
Məktəbdən əlavə uşaq hazırlaşdırmağı, bu fəaliyyətlə məşğul olmağı tənzimləyəcək hər hansısa qanun olmadığına görə bu gün bu prosesin qarşısını almaq çətindir. Hər dəfə çıxışlarımda bildirirəm ki, biz bu istiqamətdə proseslərə baxıb, müəyyən tənzimləmələr aparmalıyıq. Repetitorluq o qədər geniş yayılıb ki, artıq bütün sahələri əhatə edir. Aidiyyatı qurumlar elə addımlar atmalıdırlar bu sahəyə indiki qədər meyil olmasın”.
Tehsil-press.az