
Bildirilib ki, görüşün məqsədi Prezident İlham Əliyev Sərəncamı ilə elan olunan “Konstitusiya və suverenlik ili” çərçivəsində silsilə tədbirlərlə bağlıdır.
Görüşdə Balakən rayon ziyalıları ilə səmimi söhbət edən rektor Konstitusiya və suverenliklı bağlı çıxış edib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.
Görüş Balakən rayon ziyalılarının sualları ilə davam edib.




Tehsil-press.az