Azərbaycanın Rusiya və Gürcüstanla sərhədlərinin demarkasiyası üzrə Dövlət komissiyalarının tərkibi dəyişdirilib (YENİLƏNİB)

Azərbaycanın Rusiya və Gürcüstanla sərhədlərinin demarkasiyası üzrə Dövlət komissiyalarının tərkibi dəyişdirilib (YENİLƏNİB) Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini
Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.
Dövlət başçısı “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə də sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini
Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Məhərrəm Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı
Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi dəyişikliklər barədə Rusiya və Gürcüstan tərəflərinə bildiriş göndərəcək.

Təhsil-press.az

Oxşar xəbərlər