Bu müəllimlər sertifikasiyada bir fəndən imtahan verəcəklər

Bu müəllimlər sertifikasiyada bir fəndən imtahan verəcəklər "İkili ixtisasa malik müəllim yalnız bir ixtisas üzrə sertifikatlaşdırmadan keçibsə, bu, onun növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas meyar kimi müəllimin işə qəbul olunduğu ixtisas götürülür. Bu, eyni zamanda, qanunvericiliyin tələbidir”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdir müavini Nurlan İsmayıllı deyib.

"Məsələn, fizika-riyaziyyat ixtisası üzrə çalışan bir müəllim ötən il riyaziyyat fənni üzrə sertifikatlaşdırmadan uğurla keçibsə, artıq bu il fizika fənni üzrə həmin prosesə cəlb olunmayacaq. Bu halda müəllim qarşıdakı beş il ərzində hər iki fənni tədris etmək hüququna malik olacaq”, - o bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər