Bu tarixdən hava daha da kəskinləşəcək - Xəbərdarlıq
Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.
Tehsil-press.az
- Baxış: 120
Xəbərin tarixi: 12.04.2025 / 15:31
-
Oxşar xəbərlər
Hava kəskin soyuyacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!
QAR GƏLİR: Temperatur 7-10 dərəcə enəcək
Azərbaycanda hava şəraiti KƏSKİN DƏYİŞİR - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ!
Bakıda bu tarixdə leysan yağacaq - XƏBƏRDARLIQ!
Hava yenidən dəyişəcək - Yağış yağacaq, şimşək çaxacaq
Bu tarixdən hava sərinləyəcək - Leysan, şimşək, dolu...
Hava ilə bağlı XƏBƏRDARLIQ - Mayın 24-dən 27-dək...
Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!
Leysan, dolu, qar... - Xəbərdarlıq
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞİR - RƏSMİ
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq
Temperatur 5-10° enəcək - Qar yağacaq