Hava limanından verilən məlumata görə, aeroportun uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır.
Bildirilib ki, hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40-50 m/s-ə qədər güclənib.
“Mövcud hava şəraitinə baxmayaraq, bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışırlar.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və yolda mümkün ləngimələri nəzərə almağı tövsiyə edib: “Nəqliyyatın daha rahat təşkili məqsədilə “28 May” metro stansiyasından aeroporta hərəkət edən “Aeroexpress” avtobuslarından istifadə etmələri məsləhət görülür.
Hər hansı sual və ya ehtiyac yarandığı təqdirdə, sərnişinlər hava limanının və ya aviaşirkətlərin əməkdaşlarına müraciət edə bilərlər”.
Tehsil-press.az