NDU-nun tələbələri Beynəlxalq Kimya Müsabiqəsində I dərəcəli diplom və qızıl medalla təltif ediliblər
Naxçıvan Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasının III kurs tələbələri Aliyə Cəfərova və Nurtac Rəhimova beynəlxalq səviyyədə uğur əldə ediblər. Tələbələr “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsində iştirak edərək I yerə layiq görülüblər. Göstərilən yüksək nəticəyə görə onlar I dərəcəli diplom və qızıl medalla təltif ediliblər.
Qeyd edək ki, tələbələr müsabiqəyə Kimya kafedrasının müdiri Şəmil Mahmudov və Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri Fizzə Məmmədovanın rəhbərliyi ilə hazırlaşıb.
Bildirək ki, “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsi müxtəlif ölkələrin tələbələri arasında keçirilən nüfuzlu elmi yarışdır. Müsabiqə iştirakçıların kimya bilikləri və analitik düşünmə bacarıqlarını qiymətləndirməyə yönəlib.
Tehsil-press.az
- Baxış: 126
Xəbərin tarixi: 24.04.2025 / 16:49
-
Oxşar xəbərlər