Suraxanı rayon Heydər Əliyev Mərkəzində Kamal Abdulla ilə görüş keçirilib

Suraxanı rayon Heydər Əliyev Mərkəzində Kamal Abdulla ilə görüş keçirilib Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib.

ADU-dan bildirilib ki, tədbirdə rəsmilər, mədəniyyət işçiləri, media nümayəndələri, Suraxanı rayon sakinləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə jurnalist Günay Firudinqızı Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında danışıb. Vurğulayıb ki, o, müasir Azərbaycan ədəbiyyatının ən çox oxunan, tanınan və sevilən müəlliflərindən biridir.

Digər çıxış edənlər də Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, onun yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Kamal Abdullanın fəaliyyəti həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilir, oxucular tərəfindən böyük maraqla qarşılanır. Müəllif həm ədəbiyyat, həm də elm sahəsində ən yüksək mükafatlara layiq görülüb.

Daha sonra Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşadan fraqment təqdim edilib. Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

Kamal Abdulla çıxışında elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən danışıb, müxtəlif janrlarda qələmə aldığı bədii əsərlər, onların yazılma səbəbləri haqqında məlumat verib.

Görüş tədbir iştirakçılarının sualları ətrafında müzakirələrlə davam edib.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində Kamal Abdulla ilə görüş keçirilib
Suraxanı rayon Heydər Əliyev Mərkəzində Kamal Abdulla ilə görüş keçirilib
Suraxanı rayon Heydər Əliyev Mərkəzində Kamal Abdulla ilə görüş keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər