11 "WhatsApp" qrupu açıb, 1 milyon manatdan çox pulu mənimsədi - 10 il həbsdə yatacaq

11 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp" qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. T.Kərimova vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan, 1990-cı il təvəllüdlü qadının dələduzluq faktı aşkar ediləndən sonra həyat yoldaşından da ayrılıb.

Tehsil-press.az


Oxşar xəbərlər