Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat yayıb.

R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

O, 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi çalışıb. “Xalq rəssamı” fəxri adına 2000-ci ildə layiq görülüb.

Allah rəhmət eləsin.

Tehsil-press.az

Oxşar xəbərlər